Çeçenistanda deputat qətlə yetirilib | 1news.az | Xəbərlər
Dünya

Çeçenistanda deputat qətlə yetirilib

18:31 - 25 / 08 / 2017
Çeçenistanda deputat qətlə yetirilib

Çeçenistan parlamentinin deputatı Muxmad Asxabov qətlə yetirilib.

1news.az “lenta.ru”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, Asxabovun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Nəticədə avtomobil qəza törədib və deputat ölüb.

Polis hadisə yerinə baxış keçirib və təhqiqata başlayıb. Məhkəmə-tibbi ekspertiza təyin edilib.

Muxmad Asxabov Rusiya Kommunist Partiyasının üzvüdür. O, 2016-cı ilə deputat seçilib. 

1news.az

Paylaş:
1125

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər