Moskvada ilk dəfə günəş enerjisi ilə işləyən işıqfor quraşdırılıb
Moskvada elektrik şəbəkəsindən asılı olmayan ilk işıqfor quraşdırılıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, işıqfor iki müstəqil enerji mənbəyi - elektrik enerjisini generasiya edərək onu akkumulyatora toplayan külək generatoru və günəş batareyası ilə işləyir. Akkumulyator hətta qışda yağışlı havada da doldurula bilər.
Paytaxtın Yol Hərəkətinin Təşkili Mərkəzinin rəhbəri Vadim Yuryev deyib ki, belə işıqforlar, ilk növbədə elektrik şəbəkələrinin sıxlığının xeyli aşağı olduğu "Yeni Moskva"nın rayonlarında quraşdırılacaq.
Onun sözlərinə görə, işıqforun xidmət xərcləri dəfələrlə aşağı olacaq. Belə qurğular büdcəyə on milyon rubl qənaət etməyə və bir çox insanın həyatını xilas etməyə imkan verəcək.
1news.az