Gülnarə Kərimovaya daha bir zərbə - FOTO
27 il Özbəkistana rəhbərlik etmiş, ötən il isə vəfat edən prezident İslam Kərimovun qızı Gülnarə Kərimova daha bir zərbə alıb.
1news.az “haberturk”ə istinadla xəbər verir ki, ölkənin Baş Prokurorluğu Rusiyada sabiq prezidentin qızına məxsus əmlaka həbs qoyulmasını istəyib.
Öz dəbdəbəli həyat tərzi ilə gündəmdən düşməyən G.Kərimova "şahzadə" adlandırılırdı. Ancaq yaratdığı skandallar, prezident olmaq istəyi atası ilə münasibətlərinin pisləşməsinə səbəb oldu.
2015-ci ildə korrupsiyada ittiham olunaraq 5 il həbs cəzası alan Gülnarənin əmlakına həbs qoyulub. Özbəkistanın Baş Prokurorluğu Kərimovanın 12 fərqli ölkədə 1,5 milyard dollar dəyərində var-dövlətinin olduğunu müəyyən edib.
Bununla bağlı araşdırmalara başlayan prokurorluq Rusiyada sabiq prezidentin qızına məxsus əmlaka həbs qoyulmasını istəyib.
Onun 34 yaşındakı bacısı Lola haqqında da araşdırmalar başlayıb. Lola YUNESKO-da səfir vəzifəsindən istefa verib.
P.Sultanova