Ermənistanda faşist Qaregin Njdenin heykəli güllələnib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda faşist Qaregin Njdenin heykəli güllələnib

16:17 - 29 / 08 / 2017
Ermənistanda faşist Qaregin Njdenin heykəli güllələnib

Ermənistanın Sünik vilayətində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəli güllələnib.

1news.az-ın news.am-a istinadla verdiyi xəbərə görə, güllələnmiş heykəlin fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan öz Facebook səhifəsində paylaşıb.

O bildirib ki, heykəlin bərpası ilə bağlı komissiya yaradılıb.

Xatırladaq ki, bu il mayın 28-də İrəvanda Q. Njdenin daha bir heykəlinin açılışı olub.

Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Q. Njdenin abidəsinin açılışı böyük səs-küyə səbəb olub.

Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. Ermənistan rəhbərliyinin bu addımı həm Rusiya, həm də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Hikmət Hacıyev: "Faşizmin qəhrəmanlaşdırılması ilə Ermənistan rejimi əsl mahiyyətini göstərir"

Meksikanın tanınmış qəzeti Njde Qareginə ucaldılmış heykələ görə Ermənistanı qınayıb

S.Xankişiyeva

Paylaş:
909

Son xəbərlər

Bütün xəbərlər