Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başlayıb – VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başlayıb – VİDEO

12:10 - 13 / 09 / 2017
Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başlayıb – VİDEO

Bu gün Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başlayıb.

1News.am-ın verdiyi xəbərə görə, onlar, məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz araşdırmalar və axtarışlara qarşı etiraz edirlər.

Bununla yanaşı, vəkillər təşkil edilən müzakirələr zamanı öz problemlərini də müzakirə edəcəklər. Müzakirələrdə vəkillər palatasının sədri Ara Zöhrabyan da iştirak edir.

Müzakirələr zamanı bəyanat yayan vəkillər hüquq müdafiəçilərinə, onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara və Ermənistanda insan hüquqlarına münasibətin getdikcə dözümsüz hal almasına qarşı etiraz etdiklərini bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
1218

Son xəbərlər

Bütün xəbərlər