Meksikada qasırğa 200-yə yaxın evi dağıdıb | 1news.az | Xəbərlər
Dünya

Meksikada qasırğa 200-yə yaxın evi dağıdıb

22:00 - 15 / 09 / 2017
Meksikada qasırğa 200-yə yaxın evi dağıdıb

Meksikanın Qerrero ştatında “Maks” qasırğası 200-yə yaxın evi dağıdıb.

1news.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Hektor Astudilyo özünün “Tvitter” səhifəsində yazıb.

“Qerrero ştatının San-Markos yaşayış məntəqəsində 200-dək yaşayış evi dağılıb, 1 nəfər itkin düşüb”, H.Astudilyo bildirib. Qasırğa nəticəsində ölən və xəsarət alan olmayıb.

Qasırğa zamanı küləyin sürəti saniyədə 36 metrə çatıb. Hazırda qasırğa 1-ci səviyyəyə qədər enib.

1news.az

Paylaş:
861

Son xəbərlər

Bütün xəbərlər