Tramp Nyu-Yorkda Türkiyə və Ukrayna prezidentləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Dünya

Tramp Nyu-Yorkda Türkiyə və Ukrayna prezidentləri ilə görüşəcək

23:36 - 15 / 09 / 2017
Tramp Nyu-Yorkda Türkiyə və Ukrayna prezidentləri ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Herbert Makmaster bəyan edib.

“Sentyabrın 21-də prezidenti Tramp Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Daha sonra prezidentin Cənubi Koreya və Yaponiya rəhbərləri ilə birgə işçi nahar edəcəyi gözlənilir. Bundan əvvəl, sentyabrın 18-də prezident Fransa və İsrail liderləri ilə görüşəcək”, deyə H.Makmaster bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti 72-ci sessiyası sentyabrın 12-də BMT-nin mənzil-qərargahında başlayıb.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər