Çin dünyanın ən böyük meqapolisini yaradacaq | 1news.az | Xəbərlər
Dünya

Çin dünyanın ən böyük meqapolisini yaradacaq

17:44 - 27 / 09 / 2017
Çin dünyanın ən böyük meqapolisini yaradacaq

Çin 9 iri şəhərini birləşdirməklə dünyanın nəhəng meqapolisini yaratmaq niyyətindədir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sözügedən meqapolisə Quançjou, Donguan, Caoçin, Cianmin, Şenzen, Cuxay, Xuicou, Foşan və Conqşan şəhərləri daxildir.

Yeni meqapolisdə ölkənin ən böyük istehsal mərkəzləri cəmləşəcək ki, bu da Çin iqtisadiyyatının təqribən 10 faizini təşkil edəcək.

Yaxın 6 il ərzində bu ərazidə 150 infrastruktur layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihənin ümumi dəyəri 303 milyard dollardır.

Babək Cahandarov

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər