Kabil hava limanı raket atəşinə tutulub
Əfqanıstanın paytaxtı Kabil aeroportu ərazisinə bir neçə raket atılıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş məlumat verib.
O, hadisə nəticəsində zərər çəkənin olmadığını və hava limanının fəaliyyətini davam etdirdiyini əlavə edib.
Tolo News telekanalı isə rəsmi mənbələrə istinadla məlumat verib ki, raket hücumundan sonra bütün reyslər ləğv edilib və insanlar evakuasiya olunub.
Kanalın məlumatına görə, hava limanı ətrafına 20-30 raket atılıb, zərbələrin hədəfi hava limanına bitişik NATO bazası ola bilər.
Qeyd edək ki, bu gün ABŞ-ın müdafiə naziri Ceyms Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstanın paytaxtına elan olunmamış səfər ediblər.
P.Sultanova