İlham Əliyev Ukraynanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ukraynanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

14:03 - 03 / 10 / 2017
İlham Əliyev Ukraynanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezidenti İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etdi, Ukraynanın Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər ölkələrimizin müvafiq strukturları arasında əlaqələrin, xüsusilə iqtisadi-ticarət, investisiya sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi işinə təkan verdi. Dövlətimizin başçısı bildirdi ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.

Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirən Prezident İlham Əliyev beynəlxalq strukturlarda da fəal əməkdaşlığın həyata keçirildiyini dedi.

Dövlətimizin başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edərək, bu gün Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsinin Azərbaycandan keçdiyini vurğuladı və dəmir yolu strukturları arasında beynəlxalq formatda fəal əməkdaşlığın aparıldığını dedi.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Prezident Petro Poroşenkonun salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırdı. İqtisadi əməkdaşlığa toxunan Pavlo Klimkin son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğuladı. Ukraynanın xarici işlər naziri yüksək səviyyədə keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. O, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirdi.

Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

Babək Cahandarov

 

Paylaş:
683

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər