“iPhone X” smartfonunun əsas üstünlüyü məlum olub
“iPhone X” smartfonunun əsas üstünlüyü məlum olub. “KGI Securities” şirkətinin analitiki Min-Çi Kuo bildirib ki, “Apple”ın rəqibləri “TrueDepth” kamerası üçün texnologiyanı yaratmağa 2 ildən çox vaxt sərf etməli olacaq.
1news.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, analitikin sözlərinə görə, bu kamera “Apple” şirkətinə 2018-2019-cu illərdə texnologiya lideri adını qazanmağa imkan verəcək. “iPhone X” qurğusunun satışları zamanı yaranmış çətinliklərə baxmayaraq, o, korporasiyanın “Hi-End” smartfonlar bazarında uğuruna tamamilə əmindir.
“TrueDepth” adlı ön kameranın köməyilə sifətin skan edilməsi texnologiyasının tətbiqi mümkün olub. Məlum olduğu kimi, “TrueDepth” kamerasının istehsalında çətinlik “iPhone X” qurğusunun birinci partiyasının azalması ilə nəticələnib.
“MacRumors” nəşri yazır ki, başqa şirkətlər, həmçinin belə texnoloji və istehsal çətinliklərindən keçməli olacaqlar.
“Samsung” şirkəti tərəfindən təqdim edilmiş sifətin tanınması texnologiyasına malik qurğu 2D şəkildən istifadə edir və qismən təhlükəsizdir.
Babək Cahandarov