Unibank müştəriləri ƏDV-ni kartlarına qaytara biləcəklər
İndi Unibank müştərilərinin xaricdə etdikləri alış-veriş zamanı ödədikləri ƏDV birbaşa kartlarına geri qayıdacaq.
Unibank-ın Tax Free xidmətinə qoşulması, bank müştərilərinin işini xeyli asanlaşdırıb. Unibank kartı olmasa belə, Unibank-dan Tax Free xidmətinə qoşulan hər kəs, qısa müddətdə Avropa ölkələrində etdiyi alış- verişin ƏDV-ni çox asan yolla geri ala biləcək.
Tax Free xidməti nədir?
Tax Free xidməti Avropada aliş-veriş zamanı ƏDV-nin geri qaytarılmasının ən sadə yoludur. TaxFree4U 6 Avropa Birliyi ölkələrindən (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya) hər hansı birində alış-veriş edilən zamanı, növbəsiz, hec bir bəyannamə doldurmadan, xərclənən məbləğin 19%-ə qədərinin geri qaytarılmasına xidmət edir.
ƏDV-ni bu qaydada geri almaq olur:
-Taxfree4U mobil əlavəsini AppStore və ya GooglePlay dən yükləyərək promo kodu kimi "UNİBANK" daxil edin;
Qeydiyyat saytı: https://play.google.com/store/apps/details?id=eu.taxfree4u.client
https://itunes.apple.com/app/taxfree4u/id1081482540?mt=8
- Qəbzlərin şəkillərini çəkərək və aydın görünən şəkilləri öz Taxfree4U profilinizə yükləyin;
- Səfəriniz haqda məlumatı əlavə edin;
- Bəyannamənizi yükləyin və cap edin. Taxfree4U bəyannamənizi sizin elektron poçt ünvanına və ya Taxfree4U mobil əlavəsinə göndərəcək və sizə məlumat veriləcək.
- ƏDV bəyannaməsini gömrük zabitinə təqdim etməklə möhürlə təsdiqlədin. Bundan sonra onu hava limanındakı partnyora, yaxud da mənzil başına çatanda Taxfree4U kompaniyasına təqdim edin.
- ƏDV sizin bank kartınıza geri qayıdacaq.
Xidmət haqqında daha ətraflı məlumatla https://taxfree4u.eu/ saytında tanış ola bilərsiniz. Qeyd edək ki, Taxfree4U - Avropa Birliyinin qeyr-rezidentləri üçün Avropada edilən alış-verişlər üzrə ƏDV-nin geri qaytarılmasını həyata keçirən ilk mobil xidmətdir. Xidmət 2016-cı ildə yaradılıb və 6 AB ölkəsini əhatə edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank - hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.