"Başak-İnam Sığorta Şirkəti" ASC-nin lisenziyası ləğv olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Başak-İnam Sığorta Şirkəti" ASC-nin lisenziyası ləğv olunub

19:28 - 06 / 10 / 2017
"Başak-İnam Sığorta Şirkəti" ASC-nin lisenziyası ləğv olunub

 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli Qərarına əsasən "Başak-İnam Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

MBNP-nin mətbuat xidmətindən 1news.az -a bildiriblər ki, palata tərəfindən qeyd olunan qərar "Başak-İnam Sığorta Şirkəti" ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.

Oktyabrın 6-dan lisenziyası ləğv olunmuş "Başak-İnam Sığorta Şirkəti" ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçı təyin edilib.

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər