Məşhur fransız aktyor vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Məşhur fransız aktyor vəfat edib

16:01 - 09 / 10 / 2017
Məşhur fransız aktyor vəfat edib

Məşhur fransalı aktyor Jan Roşfor 87 yaşında vəfat edib.

1news.az  xəbər verir ki, o, Paris xəstəxanalarının birində dünyasını dəyişib.

Aktyorun ölümünün səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, J.Roşfor 1950-ci illərdə aktyorluq karyerasına başlamışdı. O, “Varis”, “Möhtəşəm Anjelika”, “Fanfan-zanbaq”, “Qara çəkməli hündür sarışın” və digər filmlərdəki rolları ilə şöhrət qazanmışdı.

1news.az  

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər