“Neft Daşları” yatağında yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

21:23 - 10 / 10 / 2017
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 620A saylı özüldən 2624 nömrəli quyu qazmadan sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin Qirməki Üstü Qumlu Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1840-1836 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Babək Cahandarov

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər