Bakının iki əsas yolunda sürət həddi azaldılıb
Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər.
“Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”, - deyə məlumatda qeyd olunub.
Babək Cahandarov
493