Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

13:16 - 16 / 10 / 2017
Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 17-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək,  nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 17-də arabir yağış yağacağı, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-11, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Babək Cahandarov

 

Paylaş:
203

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər