ABŞ “Green Card” üçün müraciətləri dayandırıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ “Green Card” üçün müraciətləri dayandırıb

15:14 - 16 / 10 / 2017
ABŞ “Green Card” üçün müraciətləri dayandırıb

ABŞ “Green Card”  viza lotereyası üçün müraciətləri dayandırıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranıb.

ABŞ-ın Ekvadordakı səfirliyinin rəsmi saytında bildirilib ki, texniki problemlərdən dolayı lotereya üçün onlayn qeydiyyat dayandırılıb və nəticədə oktyabrın 3-dən təqdim edilən bütün ərizələr ləğv olunub. Buna görə, həmin şəxslər yenidən müraciət etməlidir.

Qeyd edək ki, 2019-cu il viza lotereyası üçün yenidən müraciət tarixi 2017-ci il oktyabrın 18-də saat 11:00-dan başlayacaq və noyabrın 22-si saat 11:00-a kimi davam edəcək.

Babək Cahandarov

Paylaş:
960

Son xəbərlər

Bütün xəbərlər