Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu | 1news.az | Xəbərlər
Futbol

Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

22:19 - 16 / 10 / 2017
Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda oyunlara bu gün yekun vurulub.

1news.az-ın məlumatına görə, millimiz son turda Bolqarıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Ukrayna İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Beləliklə, İrlandiya qrupu 1-ci, Ukrayna  2-ci pillədə tamamlayıb. Millimiz isə 3-cü olub. Bolqarıstan isə sonuncu - 4-cü yeri tutub.

Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.

16 oktyabr

Azərbaycan – Bolqarıstan - 2:1

Qollar: Turan Vəlizadə, 18, 80+2 - Nikolov, 45

1news.az

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər