Tək əldən səs çıxmaz – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tək əldən səs çıxmaz – FOTO

12:10 - 16 / 10 / 2017
Tək əldən səs çıxmaz – FOTO

Telekomunikasiya sənayesinin dəyişiklik surəti son illər gözəçarpacaq dərəcədə artıb. Bu sənayedə yer alan şirkətlər üçün “bum” dövrü bitib.

“Deloitte” şirkətinin 2017-ci ildə “Olmalı və ya Ölməli: telekom biznes modeli” adlı məqaləsində göstərilib ki, bu sahə həddindən artıq yüksək risk daşıyan bir sahədir. Stiv Cobsun “komputerin gələcəyi”, Bill Qeytsin “internetin gələcəyi” haqqında verdikləri səhv proqnozlardan başlamış indinin özündə də telekom biznesinin hara doğru getdiyini təyin etmək çətindir.

Telekom şirkətləri gələcəkdə tamamən yoxa çıxa və ya növbəti onilliklərdə yüksək texnologiyalarla birlikdə inkişafın mərkəzində dura bilər. Müştərilərin daima artan istəkləri və bu sahədə olan rəqiblərin təzyiqləri onların biznelərinə təsir edir. Bu təsirlər onların bizneslərinin transformasiyasını planlaşdırılan daha tez etməyə məcbur edir.

Telekomunikasiya üzrə dünyanın ən böyük konsultasiya şirkətlərindən olan  “Capgemini” şirkəti son 15 ildə telekom sənayesində baş verən birləşmələrin qrafik görüntüsünü hazırlayıb.

Dünyanın ən böyük investisiya şirkətləri arasında yer alan “Hutchison Whampoa Limited” şirkətinin rəhbəri Sir Li K-shing öz müsahibəsində bildirib ki, ümumi olaraq biznes proseslərdən məlum olur ki, dünyada telekomunikasiya sahəsində konsolidasiya prosesləri gedir. Belə ki, ABŞ-də 10 il ərzində mobil operatorların birləşməsi demək olar ki, artıq tamamlanıb, Avropada isə bu proseslər hələ də davam edir.

Bir çox Avropa ölkələrində (İrlandiya, Avstriya, Almaniya) mobil operatorların sayı dörddən üçə və ya ikiyədək azalıb. Oxşar proses hazırda Böyük Britaniyada da baş verir. Burada “O2” və “Three” şirkətləri 32 milyon abunəçisi olan birgə şirkətə çevrilir. Rusiya kimi nəhəng bazarda birləşmələrdən sonra cəmi 3 operator (MTC, “Megafon” və “Vimpelkom”) qalıb. Çində konsolidasiyalar nəticəsində iri mobil operatorların sayı 3-dək azalıb. ABŞ-da isə birləşmələrin nəticəsində operatorların sayı 10-dan 4-ə dək azalıb.

Texnologiya xidmətləri üzrə dünya lideri olan “Capgemini” və “Deloitte” şirkətləri birləşmənin əsas səbəbləri kimi aşağıdakıları qeyd edib:

- Müştərilərin eyni sahəyə aid xidmətləri eyni şirkətdən alma istəyi ( səs ötürülməsi, internet paketləri, televiziya cə s).

- İnternet (“data”) istifadəsi üzrə gəlirlərin artması.

- Bu sahədə “səs” ötürülməsi üzrə gəlirlərin həddindən artıq düşməsi və əksinə “data” üzrə gəlirlər nisbətən artır. Amma ümumlikdə hər ikisini nəzərə alsaq gəlirlər düşmə tendensiyasını göstərir.

- Yeni texnologiyaların tətbiq edilməsi üçün iri həcmli vəsaitlərin tələb edilməsi və bunun qarşılığında gəlirlərin düşməsi birləşməni zəruri edir.

-  Xərclərə qənaət edilməsi və sair.

- Buenos-Ayres şəhərində keçirilən Dünya Telekomunikasiya İnkişaf konfransında telekom sənayesinin ekologiya təsiri müzakirə olunub. Yekun nəticə olaraq telekom sənayesində birləşmələrin enerji istehlakının azalmasına ciddi təsir edə bilər ki, ətraf mühit üçün ekoloji vəziyyətin yaxşılaşdır bilər.

Dünyada qlobal fonda baş verən dəyişikliklər, neft qiymətlərinin düşməsi, devalvasiya Azərbaycanda qeyri-neft sektoruna da öz təsirini göstərib. Azərbaycan telekomunikasiya sahəsinin iştirakçıları ilə söhbət zamanı mütəxəssislər yaranmış vəziyyətdən çıxış yolu kimi “birgə istifadə” strategiyasını görürlər. Buna misal olaraq “Azercell” və “Azərfon” şirkətlərinin radioötürücülərindən birgə istifadəni qeyd etmək olar. Bu strategiya onlara xərclərin optimallaşdırılması imkanını yaradır.

Mütəxəssislərin fikrincə, yaxın illərdə birgə istifadə daha effektiv olacaq. Belə ki, birgə istifadə bir çox xərclərə qənaət edəcək və qənaət olunan vəsaitə daha yeni texnologiyaların tətbiq edilməsinə imkan yaranacaq.

Reklam hüququnda

Paylaş:
1942

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər