Bakıda zibillikdən silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zibillikdən silah-sursat tapılıb

15:01 - 17 / 10 / 2017
Bakıda zibillikdən silah-sursat tapılıb

Bakıdakı zibilliklərin birindən silah-sursat tapılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Babək Cahandarov

Paylaş:
617

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər