Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 faiz azalaraq 51,79 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 faiz artaraq 57,83 dollar olub.
Babək Cahandarov
234