Məşhur müğənni qəzaya düşüb | 1news.az | Xəbərlər
Dünya

Məşhur müğənni qəzaya düşüb

11:11 - 17 / 10 / 2017
Məşhur müğənni qəzaya düşüb

Rusiyanın məşhur müğənnisi Oleq Qazmanov qəzaya düşüb.

1news.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, hadisə Perm vilayətinin Usolsk rayonunda baş verib: “Usolsk rayonu. Perm rayonu. Elə indicə qəzaya düşdük”.

Müğənni qəzaya yoldakı iki çuxurun səbəb olduğunu və ordakı armaturun avtomobilin iki təkərini deşdiyini vurğulayıb.

“Hər kəs diqqətli olmalıdır! "- deyə Qazmanov yazıb.

Müğənni Permə konsertə getdiyini də əlavə edib.

1news.az

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər