Ekoloji qanunvericiliyi pozanlara qarşı 111 akt və protokol tərtib olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekoloji qanunvericiliyi pozanlara qarşı 111 akt və protokol tərtib olunub

16:54 - 18 / 10 / 2017
Ekoloji qanunvericiliyi pozanlara qarşı 111 akt və protokol tərtib olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 oktyabr tarixlərində aparılan araşdırma nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 35 iş üzrə 23307 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 4440,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 137 iş üzrə 23198,18 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 24, məhkəmələrə isə 1 iş göndərilib.

Babək Cahandarov

 

Paylaş:
451

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər