MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edəcək.
1news.az-a Mətbuat Şurasından verilən məlumata görə, 19-20 oktyabr tarixlərində gerçəkləşdiriləcək iclasda əsas müzakirə mövzusu QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivləri olacaq.
İclasda həmçinin komitənin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənəcək, 50-ci iclasın gündəliyi müəyyənləşdiriləcək, komitənin strukturu ilə bağlı məsələlərə baxılacaq.
1news.az
479