Neftin qiyməti artır
Dünya bazarlarında neftin qiyməti artır.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 faiz artaraq 52,09 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,64 faiz artaraq 58,25 dollar olub.
Babək Cahandarov
343