ÇL: “Liverpul” rəqibini topa tutdu, “Beşiktaş” azarkeşlərini yenə sevindirdi
Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarına çıxıblar.
İki gün davam edəcək turun ilk günündə bütün qarşılaşmalar eyni vaxtda başlayıb. E qrupunun favoritləri “Liverpul”la “Sevilya” səfər sınağına çıxıb. Sonuncular Moskvada “Spartak”ın qonağı olub və şokla üzləşiblər. Meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u topa tutub - 7:0.
D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşıb. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatıb - 2:1. “Şaxtyor” isə “Feyenoord”u xalsız qoyub - 2:1.
Azərbaycanda da kifayət qədər azarkeşi olan “Beşiktaş” isə səfərdə “Monako” ilə görüşüb. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçib - 2:1.
İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutub. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşüb. Matçda qalib müəyyənləşməyib - 1:1.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
17 oktyabr
E qrupu
“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7
Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90
“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1
Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31
1. |
Liverpul |
3 |
1 |
2 |
0 |
10:3 |
5 |
2. |
Spartak |
3 |
1 |
2 |
0 |
7:3 |
5 |
3. |
Sevilya |
3 |
1 |
1 |
1 |
6:7 |
4 |
4. |
Maribor |
3 |
0 |
1 |
2 |
1:11 |
1 |
F qrupu
“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2
Qol: Berqus, 7 - Bernard, 24, 54
“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1
Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 - Diavara, 73 (pen.)
1. |
Mançester Siti |
3 |
3 |
0 |
0 |
8:1 |
9 |
2. |
Şaxtyor |
3 |
2 |
0 |
1 |
4:4 |
6 |
3. |
Napoli |
3 |
1 |
0 |
2 |
5:5 |
3 |
4. |
Feyenord |
3 |
0 |
0 |
3 |
2:9 |
0 |
G qrupu
“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2
Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 - Abubakar, 18, Markano, 44
“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2
Qollar: Falkao, 30 - Cenk, 34, 54
1. |
Beşiktaş |
3 |
3 |
0 |
0 |
7:2 |
9 |
2. |
Leypziq |
3 |
1 |
1 |
1 |
4:5 |
4 |
3. |
Porto |
3 |
1 |
0 |
2 |
6:6 |
3 |
4. |
Monako |
3 |
0 |
1 |
2 |
2:6 |
1 |
H qrupu
“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1
Qollar: Ronaldo, 43 (pen.) - Keyn, 28
APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1
Qollar: Pote, 62 - Sokratis, 67
1. |
Tottenhem |
3 |
2 |
1 |
0 |
7:2 |
7 |
2. |
Real Madrid |
3 |
2 |
1 |
0 |
7:2 |
7 |
3. |
Borussiya D. |
3 |
0 |
1 |
2 |
3:7 |
1 |
4. |
APOEL |
3 |
0 |
1 |
2 |
1:7 |
1 |
Babək Cahandarov