Şənbə gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə gününə olan hava proqnozu açıqlanıb

13:18 - 20 / 10 / 2017
Şənbə gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 21-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

 

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər