Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb

14:08 - 20 / 10 / 2017
Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.

 Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

1news.az

 

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər