Bibiheybət yolunda hərəkət məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bibiheybət yolunda hərəkət məhdudlaşdırılıb

15:36 - 20 / 10 / 2017
Bibiheybət yolunda hərəkət məhdudlaşdırılıb

Bakı Nəqliyyat Agentliyi Bibiheybət yolunda aparacağı nişanlanma xətlərinin çəkilişi ilə bağlı sürücülərə müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Bibiheybət yolunun (Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq.

“Rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur”- deyə, müraciətdə qeyd olunub.

Babək Cahandarov

Paylaş:
672

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər