UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb | 1news.az | Xəbərlər
Futbol

UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb

16:10 - 20 / 10 / 2017
UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb

Avropa Liqasının qrup mərhələsinin III turundan sonra UEFA reytinqi açıqlanıb.

1news.az-ın məlumatına görə, baş tutan 24 qarşılaşmadan sonra cədvəldə bir sıra dəyişikliklər baş verib. Belə ki, Belçikanı arxada qoyan Ukrayna 8-ci sıraya yüksəlib, Çexiya isə 13-cü yeri ələ keçirib.

Avropa Liqasında təmsilçisi olmayan Azərbaycan isə 4,125 xalla 22-ci pillədə qalıb.

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir. Sonrakı yerlərdə İngiltərə, İtaliya, Almaniya, Fransa, Rusiya, Pirtuqaliya, Ukrayna, Belçika və Türkiyə qərarlaşıb.

Babək Cahandarov

Paylaş:
1025

Son xəbərlər

Bütün xəbərlər