Milli Məclis cəzaların humanistləşdirilməsinə dair dəyişiklikləri qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis cəzaların humanistləşdirilməsinə dair dəyişiklikləri qəbul edib

18:13 - 20 / 10 / 2017
Milli Məclis cəzaların humanistləşdirilməsinə dair dəyişiklikləri qəbul edib

Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, layihənin ictimai müzakirəsi keçirilib, amma burada bəzi məsələlər onu narahat edir: “Cəzanı humanistləşdirmək adı ilə Məcəllədə külli miqdarda əmlakın oğurluq yolu ilə əldə edilməsi cəzası 18 ilə çatdırılır. Ömürlük həbs cəzası çəkən insanlar var. Onların çoxu insan öldürdüyü üçün cəzaya məhkum olunublar. Əvvəlki Məcəllədə bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəzlənə bilərdi. İndiki isə məhkumun son 5 ildə özünü yaxşı aparsa, çəkilməyən cəzasının müddəti 10 illə əvəzlənməsi nəzərdə tutulur. Və yaxud hakimiyyət nümayəndəsinə zorakılıq tətbiqetmə sanksiyasının yuxarı həddi 7 ildir. Zorlama cinayəti 4-8, azyaşlı ların zorlanması isə 10-15 il cəzalandırılır. Bu yaxınlarda azyaşlı insan zorlanmışdı və cəmiyyət tələb edirdi ki, həmin şəxs haqqında ölüm hökmü çıxarılsın. Qanun layihəsini hazırlayanlar sanki varlı insanların maraqlarını müdafiə ediblər. Belə mənzərə yaranır ki, varlı imkanların əmlakı insan sağlamlığından daha dəyərlidir”.

Deputat Əli Məsimli bildirib ki, kredit borcu olan vətəndaşların cəzasının artırılması məsələni həll etməyəcək: “Burada cəzanın 3 ildən 4 ilə qaldırılması və ya 1 ilə endirilməsi təsirli olmayacaq. Çünki kredit borcu olanlar borclarını çoxdan ödəyiblər. Məhkəmələrin onlara qarşı müəyyən etdiyi cəza almadıqları borclarına görədir. Bu məbləğ elədir ki, vətəndaşların onu qaytarması mümkün deyil. Bir məhkumun bir günlük xərci 22 manat, 1 ayda 660 manatdır. Bu da orta aylıq əmək haqqından 1.3, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdəki orta aylıq əmək haqqından 2.5 dəfə çoxdur. Bu vəsaiti ipotekaya yönləndirə bilərik”.
 
Birinci viste-spiker Ziyafət Əsgərov isə bildirib ki, bu layihə Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, cəzaların humanistləşdirilməsini nəzərdə tutur.

Layihə səsə qoyularaq qəbul olunub.

Babək Cahandarov

Paylaş:
1136

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər