Səudiyyə Ərəbistanında qadınlar üçün daha bir ilkə imza atıldı - FOTO
Səudiyyə Ərəbistanı şahzadəsi Rima bint Bandar Əl Saud Krallığın tarixində ilk dəfə olaraq qadınlar üçün fitnes mərkəzinin açılışını edib.
1news.az olan Arab News-a istinadla xəbər verir ki, mərkəz Ciddə şəhərində açılıb.
"Sizin üçün biz ən yaxşı trenajor növləri seçmişik.”, deyə şahzadə bildirib.
O, həmçinin xüsusi bir mobil proqram vasitəsilə xanımların özləri üçün mərkəzə gəlmək üçün vaxt və tarix seçə biləcəklərini vurğulayıb.
Nəşrin yazdığına görə, qadınlar üçün idman salonunun açılışı ölkədə idmanın inkişafında yeni bir mərhələdir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti Turki bin Əbdül Muhsin Əl Şeyx oktyabrın 13-də Rima bint Bandar Əl Saudu ölkənin İdman Cəmiyyətləri Federasiyasının prezidenti vəzifəsinə təyin edib. O, Krallığın tarixində idman sahəsində belə bir yüksək vəzifə tutan ilk qadındır.
Daha əvvəl isə Səudiyyə Ərəbistanının kralı ölkə tarixində ilk dəfə olaraq qadınlara sürücülük hüququnun verilməsi barədə fərman imzalayıb.
P.Sultanova