"Qarabağ" azarkeşlərini təhqir edən türkiyəli yazar üzr istədi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Qarabağ" azarkeşlərini təhqir edən türkiyəli yazar üzr istədi - FOTO

14:45 - 21 / 10 / 2017
"Qarabağ" azarkeşlərini təhqir edən türkiyəli yazar üzr istədi - FOTO

"Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı “Ezik kareoqrafi"  adlı yazısı ilə təhqir edən Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel üzr istəyib.

1news.az xəbər verir ki, müəllif bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Diqqətli oxunursa, yazım sadəcə bu xoreoqrafiya haqqında əyləncəli bir şərhdir. Əgər Azərbaycan xalqını və qarabağlıları üzdümsə, üzr istəyirəm”, - deyə Tezel yazıb.

Qeyd edək ki, o,  “Ezik kareoqrafi"  adlı köşəsində  heç heçə başa çatan oyunda azarkeşlərin A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb. 

Əlavə edib ki, yavaş-yavaş onlar da futbol mədəniyyətini öyrənəcəklər.

Yazarın bu yanaşması Azərbaycanda narazılıqla qarşılanıb, xüsusilə sosial şəbəkələrdə onun bu mövqeyi sərt tənqid edilib.

Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. 

Qeyd edək ki,  tvitterdə yazarın adına həştəq açılıb və orada çoxsaylı türklər tərəfindən də yazar ciddi tənqid olunub. Eyni zamanda “Sabah” qəzeti də belə bir yazıya icazə verməsi müsbət qarşılanmayıb.

1news.az

Paylaş:
1499

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər