Müdafiə nazirlikləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə nazirlikləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

17:20 - 21 / 10 / 2017
Müdafiə nazirlikləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan Müdafiə Nazirliyi və İtaliya Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az –a verilən məlumata görə, danışıqlar zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

1news.az  

 

 

Paylaş:
957

Son xəbərlər

Bütün xəbərlər