Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edildi

17:55 - 21 / 10 / 2017
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edildi

Paris Azərbaycan Evi yaradılmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyini qeyd edib.

1news.az  xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Yubiley gecəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Azərbaycanın YUNESKO yanındakı səfiri Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan Evinin yaranması tarixindən söhbət açıb. Bildirilib ki, 1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O, çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər zaman izlədiyini və dəstəklədiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Evi bundan sonra da öz fəaliyyətini məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırımı aktları, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə məlumatların və digər faktların Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev Paris Azərbaycan Evinin bu günədək əldə etdiyi uğurları alqışlayıb. O bildirib ki, Azərbaycanın Fransadakı səfirliyi Paris Azərbaycan Evinin layihələrini, habelə Qarabağla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətlərini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və ölkəmizin əldə etdiyi digər tarixi nailiyyətlər barədə məlumat verib.

Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata keçirilməsində təşkilata könüllü yardım edən gənclərə təşəkkürnamələr təqdim edib.

Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov və məşhur tenor, Marinski Teatrının solisti Timur Abdikeyev Azərbaycan klassik musiqilərini səsləndiriblər. Parisdə yaşayan və Azərbaycanı öz möhtəşəm ifaları ilə təmsil edən istedadlı musiqiçilərimiz qonaqları Qara Qarayevin, Emil Əfrasiyabın, Aqşin Əlizadənin, Oqtay Zülfüqarovun, Tofiq Quliyevin əsərləri ilə heyran ediblər.

Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.

1news.az  

Paylaş:
922

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər