"Sabah" qəzeti "Qarabağ" azarkeşlərini təhqir etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Sabah" qəzeti "Qarabağ" azarkeşlərini təhqir etdi - FOTO

12:37 - 21 / 10 / 2017
"Sabah" qəzeti "Qarabağ" azarkeşlərini təhqir etdi - FOTO

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.

1news.az xəbər verir ki, müəllifin  “Ezik kareoqrafi"  adlı köşəsində  heç heçə başa çatan oyunda azarkeşlərin A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb. 

Əlavə edib ki, yavaş-yavaş onlar da futbol mədəniyyətini öyrənəcəklər.

Yazarın bu yanaşması Azərbaycanda narazılıqla qarşılanıb, xüsusilə sosial şəbəkələrdə onun bu mövqeyi sərt tənqid edilib.

Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. 

Qeyd edək ki,  tvitterdə yazarın adına həştəq açılıb və orada çoxsaylı türklər tərəfindən də yazar ciddi tənqid olunub. Eyni zamanda “Sabah” qəzeti də belə bir yazıya icazə verməsi müsbət qarşılanmayıb.

1news.az

Paylaş:
2109

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər