Sabaha olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

13:40 - 22 / 10 / 2017
Sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 23-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli  yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15° isti, gündüz  16-18° isti, Bakıda gecə  13-15°, gündüz  16-18° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət   gecə 75-80 %, gündüz 60-70 %  olacaq. 

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraiti əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən şimal və şərq rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
314

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər