Kənd təsərrüfatı naziri Cənub rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kənd təsərrüfatı naziri Cənub rayonlarının sakinləri ilə görüşəcək

17:14 - 23 / 10 / 2017
Kənd təsərrüfatı naziri Cənub rayonlarının sakinləri ilə görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov  oktyabrın 27-də Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.  

1news.az-ın məlumatına görə, Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında keçiriləcək görüş saat 11:00-da başlayacaq.

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Masallı  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-287-12-12) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Babək Cahandarov

Paylaş:
822

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər