Almaniya prezidenti hökuməti buraxıb | 1news.az | Xəbərlər
Dünya

Almaniya prezidenti hökuməti buraxıb

22:43 - 24 / 10 / 2017
Almaniya prezidenti hökuməti buraxıb

Almaniya prezidenti Frank Valter Ştaynmayer hökuməti buraxıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mərasim prezidentin rəsmi iqamətgahı sayılan “Belvü” sarayında  keçirilib.

Frank Valter Ştaynmayer bundan əvvəl kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.

Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasının bir neçə həftə çəkəcəyi bildirilir.

Qeyd edək ki, 19-cu çağırış Bundestaqın bu gün keçirilmiş birinci iclasında sabiq maliyyə naziri Vofqanq Şoyble parlamentin prezidenti seçilib. 

1news.az

Paylaş:
1305

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər