Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO

14:15 - 26 / 10 / 2017
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

“Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir”- deyə, nazirlikdən bildiriblər.

Babək Cahandarov

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər