Partlayışda yaralanan deputat əməliyyat olunub | 1news.az | Xəbərlər
Dünya

Partlayışda yaralanan deputat əməliyyat olunub

10:09 - 26 / 10 / 2017
Partlayışda yaralanan deputat əməliyyat olunub

Kiyevdə baş verən partlayış nəticəsində yaralanmış Ali Radanın deputatı, “Radikal” partiyasının üzvü İqor Mosiyçukun əməliyyat edilib.

1news.az “ntv.ru”ya istinadla xəbər verir ki, deputatın əməliyyatı uğurla keçib və həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

“Hazırda o reanimasiyadadır və özünə gəlib. Göstərilən dəstəyə görə hər kəsə təşəkkür edir”, deyə Mosiyçukun mətbuat katibi bildirib.

Deputat həyatını ona qurban etmiş mühafizəçisinə görə sağ qaldığını və onun qızının qayğısına qalacağını vəd edib.

Xatırladaq ki, hadisə zamanı İqor Mosiyçukdan başqa daha dörd nəfər yaralanıb, Ruslan adlı mühafizəçisi həlak olub.  

Törədilmiş partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı  kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

P.Sultanova

Paylaş:
752

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər