Qazaxıstan prezidenti Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan prezidenti Azərbaycana gəlir

11:49 - 26 / 10 / 2017
Qazaxıstan prezidenti Azərbaycana gəlir

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri planlaşdırılır.

1news.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. Onun sözlərinə görə, prezident Nazarbayev Bakıda keçiriləcək Bakı-Tiflis-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək:

“Prezident İlham Əliyev Qazaxıstan liderini bu tədbirə dəvət edib və biz onun iştirakını gözləyirik. Nazarbayevin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də nəzərdə tutulub”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da mərasimə qatılacaq.

P.Sultanova

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər