Səfir: Ermənistanı rəsmi dövlət kimi tanımırıq
Azərbaycanla Pakistan arasında münasibətlər yüksək səviyyədədir. Bu il iki ölkə diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünü qeyd edir.
1news.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib. O bildirib ki, son 25 ildə həm ölkələrimiz, həm də xalqalarımız arasında çox yaxşı əlaqələr formalaşıb:
“Azərbaycan və Pakistan arasında siyasi, iqtisadi və xüsusilə müdafiə sahəsində çox yaxşı əlaqələr var. 9-11 noyabr tarixlərində azərbaycanlı biznesmenlər Karaçidə Pakistan EXPO-da keçiriləcək biznes foruma qatılacaq. Bu da əlaqələrimizin inkişafına öz təhfəsini verəcək”.
Dağlıq Qarabağ münaqişəsin toxunan səfir rəsmi olaraq Ermənistanı bir dövlət kimi tanımadıqlarını xatırladıb:
“Biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındayıq. Ermənistanı rəsmi dövlət kimi tanımırıq. Bundan əlavə Pakistan parlamentinin xarici əlaqələr üzrə komitəsi Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Həmçinin Pakistan parlamenti Ermənistan qoşunlarının Azərbaycanın işğal altından olan torpaqlarından dərhal çıxarılması barədə qərar qəbul edib”.
P.Sultanova
Foto: APA