Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib - FOTO

17:53 - 02 / 11 / 2017
Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib - FOTO

Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.

1news.az APA-ya istinadla xəbər verir ki, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1news.az

 

Paylaş:
716

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər