“Nokia 2” smartfonu rəsmən təqdim edilib
“HMD Global” şirkəti yeni “Nokia 2” smartfon modelini təqdim edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, smartfon “HD” (720 x 1280 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera ilə təchiz edilib.
Qurğunun aparat əsasını dördnüvəli “Qualcomm Snapdragon 212” prosessoru, 1 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 4100 milliamper/saata bərabərdir.
“Nokia 2” smartfonu qara, ağ və mis rənglərində buraxılır. Qiyməti 99 avro təşkil edəcək yeni qurğunun beynəlxalq satışlarına noyabrın ortalarında başlamaq nəzərdə tutulur.
1news.az