“Socar Methanol” MMC və Bakı Ali Neft Məktəbi arasında razılaşma imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Socar Methanol” MMC və Bakı Ali Neft Məktəbi arasında razılaşma imzalanıb

11:29 - 02 / 11 / 2017
“Socar Methanol” MMC və Bakı Ali Neft Məktəbi arasında razılaşma imzalanıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Socar Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev mütəxəssis hazırlığı üzrə “Əməkdaşlıq haqqında razılaşma” imzalayıblar.

1news.az-ın məlumatına görə, imzalanma mərasimi BANM-də Ali Məktəbin professor-müəllim heyəti, tələbələri və “Socar Methanol” MMC-nin nümayəndə heyətinin iştirakı ilə baş tutub.

Ali məktəbin rektoru Elmar Qasımov BANM və “Socar Methanol” şirkətinin bundan əvvəlki əməkdaşlığından danışıb, şirkət rəhbərliyinin BANM-in  fəaliyyətinə və tələbələrinə olan marağını yüksək qiymətləndirib.

Elnur Mustafayev isə “Socar Methanol” MMC-nin SOCAR-ın  törəmə şirkəti olduğunu qeyd edib.

Sonra onun tərəfindən iştirakçılara “Socar Methanol” MMC-nin təhlükəsiz və fasiləsiz davam edən fəaliyyəti haqqında danışılıb, “Azərbaycanda potensial metanol istehsalı” haqqında ingilis dilində təqdimat edilib və şirkətin bütün fəaliyyəti videoda iştirakçıların gözü önündə canlandırılıb.

Daha sonra Elnur Mustafayev neft-qaz və kimya sənayesində mühəndislik üzrə ixtisaslı və peşəkar kadr problemindən danışıb. Baş direktor “Socar Methanol” MMC-nin və SOCAR-ın digər törəmə şirkətlərinin neft-qaz, kimya mühəndisliyi üzrə texnologiyanı yaxşı bilən mütəxəssislərə böyük təlabatı olduğunu qeyd edib.

E.Mustafayev  BANM-nin “Socar Methanol” MMC-də yay istehsalat təcrübəsində olan tələbələrinin fəaliyyətindən razı qaldığını bildirib və bu cür təcrübə proqramlarının davam etdirilməsini dəstəklədiyini deyib.

Sonda qonaq BANM tərəfindən bu istiqamətdə aparılan uğurlu siyasətə görə Elmar Qasımova öz təşəkkürünü bildirib.

Qeyd edək ki cari ilin iyul-sentyabr aylarında BANM-in beşinci kurs Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 4 tələbəsi – Simuzər Babazadə, Heydər Nəcəfov, Murad İsmayılov və Fuad Əlizadə “Socar Methanol” MMC-də istehsalat təcrübə proqramı keçiblər.

Sonda Ali Məktəbin rektoru Elmar Qasımov BANM-in əməkdaşlıq etdiyi şirkətlər sırasına daha bir şirkətin  – “Socar Methanol” MMC-nin daxil olması münasibətilə BANM ailəsini təbrik edib və əməkdaşlığın uzunömürlü olmasıni diləyib.

Babək Cahandarov

Paylaş:
1388

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər