Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasına xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasına xəbərdarlıq edib

13:52 - 03 / 11 / 2017
Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasına xəbərdarlıq edib

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bu gün Bakı şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı xəbərdarlıq edib.

1news.az xəbər verir ki, Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir:

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcək. Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar”.

Bağırov piketin təşkilatçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 3-də saat 15.00-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirilməsi ilə bağlı müraciət edib. Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və piket keçirilməsinə razılıq verilməyib.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq bu gün saat 16.00-da həmin ünvanda piket keçirəcəyini bildirib.

1news.az

 

 

Paylaş:
1130

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər