Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib - FOTO

20:30 - 03 / 11 / 2017
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, kollegiyanı daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclası açıb.

Nazir DİN kollegiyasının yeni üzvünü-Naxçıvan MR-in daxili işlər naziri, general-mayor Fazil Ələkbərovu iclas iştirakçılarına təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daxili işlər naziri müzakirəyə çıxarılan məsələlərin aktuallığını, əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini diqqətə çatdırıb. O, cinayətlərin törədilməsində əvvəllər məhkum olunmuş şəxslərin  rolu baxımından bu kontingentin əməliyyat nəzarətində saxlanılmasının zəruriliyini xatırladıb, onların cinayətkar əməllərinin vaxtında ifşasını qarşıda duran mühüm vəzifələrdən biri kimi qiymətləndirilib. Cinayətlərin qarşısının alınmasında və açılmasında polis sahə rəislərinin və inspektorlarının rolunun gücləndirilməsi də vacib məsələlərdən olmaqla bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun qurulması üçün son 10 ildə davamlı iş aparıldığı, müsbət nəticələr əldə edildiyi qeyd edilib.

Ölkədəki kriminogen duruma toxunan nazir daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin bütövlükdə qənaətbəxş olduğunu, əldə edilmiş müsbət təmayüllərin cari ilin 9 ayında da qorunub-saxlanıldığını diqqətə çatdırıb.

Bildirilib ki, göstərilən müddətdə DİN və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşaraq 85,5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmələrin, odlu silahla törədilən cinayətlərin, dələduzluqların, avtonəqliyyat vasitələrinin qaçırılmasının, hədə-qorxu ilə tələb etmələrin, quldurluqların, soyğunçuluqların, habelə xuliqanlıqların, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və xəsarət alanların sayı azalıb. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb.

Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və  Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov gündəlikdəki məsələlərlə bağlı məruzələrində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Müzakirələrdə ərazi polis orqanlarının rəisləri buraxılan nöqsanlar və onların aradan qaldırılması yönündə həyata keçiriləcək tədbirlər barədə çıxış ediblər.

İclasa yekun vuran nazir, general-polkovnik Ramil Usubov cari ilin ötən dövründə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, əksər istiqamətlər üzrə göstəricilərin bir qədər də yaxşılaşdığını, açılma faizinin yüksəldiyini, bir sıra ağır cinayətlərin azaldığını, bununla belə, ayrı-ayrı polis orqanlarında bu fəaliyyətin günün tələbləri səviyyəsində qurulmadığını, nöqsan və çatışmazlıqların aradan qaldırılmasında prinsipiallıq göstərilmədiyini qeyd edib.

İlin başa çatmasına iki aydan da az vaxt qaldığını xatırladan DİN rəhbəri qeyd olunan istiqamətlərdə səylərin daha da artırılmasının, vətəndaşların müraciətlərinə xüsusi diqqətlə, qayğı və həssaslıqla yanaşılmasının, əməkdaşların onlarla ünsiyyətdə qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etmələrinin zəruriliyini, ərazi polis orqanlarına gətirilən şəxslərə hər hansı formada təzyiq göstərilməsinin, kobudluq edilməsinin yolverilməz olduğunu bildirib. Nazir belə neqativ əməllərə, asayiş keşikçilərinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verənlərə qarşı ən sərt tədbirlər görüləcəyini vurğulayıb, orqan rəislərindən və digər vəzifəli şəxslərdən qəbul işinə nəzarəti gücləndirməyi, şəxsi heyətin peşəkarlığının artırılması, icra intizamının daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsini tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.

1news.az

Paylaş:
686

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər