Neft yenidən ucuzlaşmağa başladı
Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 faiz azalaraq 57,33 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 faiz azalaraq 64,19 dollar olub.
Babək Cahandarov
256